DİM ali məktəblərə qəbul proqramında dəyişiklik edib
Yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramına daxil edilib.
Minval.info xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, Prezidentin müvafiq fərmanına əsasən, respublikanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib. Yeni bölgüyə əsasən, Azərbaycanda 14 iqtisadi rayon yaradılıb: Bakı, Naxçıvan, Abşeron–Xızı, Dağlıq Şirvan, Şirvan–Salyan, Qarabağ, Qazax–Tovuz, Quba–Xaçmaz, Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan, Şəki–Zaqatala, Şərqi Zəngəzur, Gəncə–Daşkəsən.
Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərdə hələlik öz əksini tapmayıb. Lakin müasir dövrdə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqların işğaldan azad olunması xalqın gözü qarşısında baş verdi. 30 ildən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.
Bunlar nəzərə alınaraq yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramına daxil edilib. Proqram “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq.
Dövlət İmtahan Mərkəzi iqtisadi rayonlar mövzusu əsasında Azərbaycan və rus dillərində iqtisadi rayonların yeni bölgüsünün əks olunduğu məqaləni təqdim edir. Məqalə yaxın vaxtlarda “Abituriyent” jurnalının 2-ci sayında da dərc olunacaq.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında Azərbaycan iqtisadi rayonlarına dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar aşağıdakı material əsasında tərtib ediləcək:
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramovdan YENİ TƏYİNAT
Bakıda hansı taksi şirkətləri fırıldağa əl atır? – Siyahı/Araşdırma
Prezidentdən ÇAĞIRIŞ: "Biz sülh danışıqlarına hazırıq"
İstirahətə gedənlərin NƏZƏRİNƏ: Bu yollarda təmir gedir
İranla Azərbaycan arasında müharibə olacaq? - İsrailli ekspertdən açıqlama
Rusiya 25 hərbçinin meyitini Ukraynaya təhvil verdi