Daha üç deputata vəzifə verildi
Azərbaycanın Avronest Parlament Assambleyasdakı nümayəndə heyətinin tərkibində dəyişiklik edilib.
Nümayəndə heyətinin rəhbəri Fuad Muradov, sədr müavini Rövşən Rzayev, üzvü Muxtar Babayev tərkibdən çıxarılıblar. Onların əvəzinə deputatlar Tahir Mirkişili, Cavanşir Feyziyev və Azər Kərimli Azərbaycanın Avronest Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin üzvü seçiliblər.
Qeyd edək ki, Azərbaycanın Avronest Parlament Assambleyasdakı nümayəndə heyətinin rəhbəri də yenidən seçilib və bir neçə gün öncə bu vəzifə deputat Sahibə Qafarovaya həvalə edilib.
Bundan əvvəl Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov idi.
Bu dəyişiklik də hər üç şəxsin yüksək dövlət vəzifəsinə təyin olunmasından irəli gəlir. Belə ki, F.Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, R.Rzayev “Dövlətqaçqınkom”un sədri, M.Babayev ekologiya və təbii sərvətlər naziri təyin olunub/modern.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Armen Qriqoryan Baş Qərargah rəisi olur
Rusiyada poçt əməkdaşlarına antidron silahları təqdim ediləcək
İranda benzinin qiyməti ikiqat bahalaşdı
Rusiya Almaniya konsulluğunu bağlayır: Gərginlik artır
Kompensasiya təklifi: 90 min yox, 180 min!
AfD Almaniyada seçkilərdə tarixi zəfər qazandı
Üç övladlı ailələrə 420 manat müjdə!