Corcina da tənqidlərə qoşuldu
Dünya şöhrətli futbolçu Kriştiano Ronaldonun komandası (Portuqaliya) dünya çempionatında məğlub olduqdan sonra tənqidlərin ardı-arası kəsilmir.
Axşam.az xəbər verir ki, tənqidlərin böyük bir qismi matç zamanı futbolçunu start heyətdə oynatmayan baş məşqçisi Fernandu Santuşunun ünvanına olub. Onların içərisində Ronaldonun sevgilisi Corcina Rodriges də yer alıb. O, bu barədə sosial media hesabında paylaşım edib:
“Məşqçiniz və dostunuz pis qərar verdi. Haqqında heyranlıqla, hörmətlə danışdığınız həmin dost. Səni (red. Ronaldo) oyuna daxil edəndə hər şeyin necə dəyişdiyini gördü, amma artıq çox gec idi. Dünyanın ən yaxşı oyunçusunu, ən təhlükəli silahını qiymətləndirə bilmədiniz. Həyat bizə dərslər verir. Uduzmadıq, öyrəndik. Biz hələ də sənə heyranıq”.
Qeyd edək ki, sözügedən matçda Portuqaliya Mərakeşə 0:1 hesabı ilə uduzub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Parkda azyaşlıların önündə cinsi əlaqəyə girən cütlük döyüldü – VİDEO (+18)
“Ukraynadakı müharibə yeni çağırışdır” - Ərdoğan məqalə yazdı
Qurban Qurbanovdan Pedro açıqlaması
Videosu yayılan AzTV-nin bədii rəhbəri istefa verdi