“CinemaPlus”-da media nümayəndələri üçün 4DX texnologiyasının təqdimatı olub

“Dəniz Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında media üçün ən son 4DX texnologiyası ilə “Hörümçək adam: Geriyə yol yoxdur” filminin nümayişi keçirilib.
4DX texnologiyası ən yaxşı Hollivud filmlərinə baxmaq üçün yeni formatdır. Xarici effektlər zaldakı bütün tamaşaçılar üçün eyni təcrübəni təmin edir ki, bu da filmi tam hiss etmək imkanını artırır.
Personajların hərəkətləri çox təsirli idi. Əvvəlcə kreslolar yan-yana hərəkət edirdi və qəhrəmanlar yerə yıxılanda tamaşaçılar böyürdən təkan hiss edirdilər. Format əsl uçuş hissini çatdırırdı.
Güclü hava axını, qoxular, kresloya quraşdırılmış dinamiklər, üzə yönəldilmiş hava dalğaları, vibrasiya və ya sıçrayan su kimi əlavə effektlər filmə dalma təcrübəsini daha da dərinləşdirir.
Jurnalistlər bu qərara gəldilər ki, 4DX formatında olan filmlər digərlərdən fərqlənir. Rejissor Con Uotts.
Baş rollarda Tom Holland, Benedikt Camberbetç, Benedikt Vonq, Ceykob Batalon, Zendaya, Toni Revolori, Marisa Tomey, Ceymi Foks, Alfred Molina və Villem Dafo.
Film haqqında qısa məlumat: Hörümçək Adam filmində ilk dəfə dost qəhrəmanımız ifşa edildi. İndi super qəhrəmanlıqlar onun adi həyatından ayrılmaz hala gəldi. Doktor Strencdən kömək istədikdə isə vəziyyət yalnız gərginləşir. Piter Parker Hörümçək Adam olmağın əslində nə olduğunu anlamağa başlayır.
Xüsusi təşəkkürlər “Light in Black” kreativ şirkətinə, “Resant Group” 5* otellər və restoranlar şəbəkəsinə bildirilir.
ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.
https://youtu.be/aSxnrSMT-Ig
https://youtu.be/hlANal2_tsc
ƏLAQƏLİ
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü









ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik

Nərminə Aydınqızı
Minval.info
ƏLAQƏLİ
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi