Çempionlar Liqasında III təsnifat mərhələsinin cütləri dəqiqləşib
Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütlərinin tərkibi müəyyənləşib.
“Report” xəbər verir ki, bu, II təsnifat mərhələsinə yekun vurulduqdan sonra məlum olub. Beləliklə, Çempionlar Yolu ilə 6, Liqa yolu ilə 4 cütlük “pley-off”a vəsiqə uğrunda yarışacaq:
Çempionlar Yolu
“Seltik” (Şotlandiya) – “AEK” (Afina, Yunanıstan)
“Zaltsburq” (Avstriya) – “Şkendiya” (Makedoniya)
“Srvena Zvezda” (Serbiya) – “Spartak” (Trnava, Slovakiya)
“Qarabağ” (AZƏRBAYCAN) – “BATE” (Borisov, Belarus)
“Astana” (Qazaxıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya)
“Malmö” (İsveç) – “Videoton” (Macarıstan)
Liqa Yolu
“Standard” (Lyej, Belçika) – “Ayaks” (Hollandiya)
“Benfika” (Portuqaliya) – “Fənərbağça” (Türkiyə)
“Slaviya” (Praqa, Çexiya) – “Dinamo” (Kiyev, Ukrayna)
“PAOK” (Yunanıstan) – “Spartak” (Moskva, Rusiya)
Oyunlar 7-8 avqustda və 14 avqustda təşkil olunacaq. Adları birinci göstərilmiş komandalar ilk matçlarını evdə keçirəcəklər. Çempionlar Yolunda iki görüşün yekununda məğlub olacaq komandalar mübarizəni Avropa Liqasının “pley-off” mərhələsində, Liqa yolunda uduzacaq klublar isə Avropa Liqasının qrup mərhələsində davam etdirəcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı
Sabah "Old Trafford"da tarixi imtahana çıxır
Nizami City: Şəhərin mərkəzində yeni həyat ünvanı
Messi və Ronaldu eyni komandada oynayacaq!