Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala yüksələ bilər
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.
“Minval.info”nun məlumatına görə, A, B, C və D qruplarında keçiriləcək 8 oyundan sonra pley-offun daha 4 iştirakçısı müəyyənləşə bilər.
A qrupunda İngiltərə “Liverpul”u Niderlandda “Ayaks”ın qonağı olacaq. Mersisaydlılar səfərdə uduzmasa, vaxtından əvvəl 1/8 finala adlayacaq. Qrupun digər matçında “Napoli” İtaliyada Şotlandiya “Reyncers”ini sınağa çəkəcək.
B qrupunda Portuqaliya “Portu”su Belçikada “Brügge”yə qalib gəlsə, pley-offa vəsiqəni təmin edə bilər. Bunun üçün Madrid “Atletiko”su İspaniyada Almaniya “Bayer”i ilə görüşdə xal itirməlidir.
C qrupunda “İnter” İtaliyada Çexiyanın “Viktoriya” (Plzen) komandasını yensə, İspaniyada “Barselona” və Almaniya “Bavariya”sı arasında keçiriləcək görüşün nəticəsindən asılı olmayaraq, adını növbəti mərhələyə yazdıracaq.
D qrupunda isə “Tottenhem” İngiltərədə Portuqaliya “Sportinq”indən üstün olsa, 1/8 finala yüksələcək. Qrupun digər oyununda isə Fransa “Marsel”i Almaniyada “Ayntraxt” (Frankfurt) komandasının qonağı olacaq.
Çempionlar Liqası
Qrup mərhələsi, V tur
26 oktyabr
A qrupu
23:00. “Napoli” (İtaliya) – “Reyncers” (Şotlandiya)
23:00. “Ayaks” (Niderland) – “Liverpul” (İngiltərə)
Xal durumu: “Napoli” – 12 . “Liverpul” – 9. “Ayaks” – 3. “Reyncers” – 0.
B qrupu
20:45. “Brügge” (Belçika) – “Portu” (Portuqaliya)
23:00. “Atletiko” (Madrid, İspaniya) – “Bayer” (Almaniya)
Xal durumu: “Brügge” – 10. “Portu” – 6. “Atletiko” – 4. “Bayer” – 3.
C qrupu
20:45. “İnter” (İtaliya) – “Viktoriya” (Plzen, Çexiya)
23:00. “Barselona” (İspaniya) – “Bavariya” (Almaniya)
Xal durumu: “Bavariya” – 12. “İnter” – 7. “Barselona” – 4. “Viktoriya” – 0
D qrupu
23:00. “Tottenhem” (İngiltərə) – “Sportinq” (Portuqaliya)
23:00. “Ayntraxt” (Frankurt, Almaniya) – “Marsel” (Fransa)
Xal durumu: “Tottenhem” – 7. “Marsel” – 6. “Sportinq” – 6. “Ayntraxt” – 4.
Qeyd edək ki, daha əvvəl İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bavariya” və “Borussiya” (Dortmund), İspaniyanın “Real Madrid”, Fransanın PSJ, Portuqaliyanın “Benfika”, İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları pley-off vəsiqəni təmin ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İngiltərədə futbolçu matç ərəfəsində öldürülüb
Dünya Çempionatının FİNALI türk hakimə tapşırılacaq?
Rəşad Sadıqovdan püşk açıqlaması
Gənc idmançı Nurlanə Əhmədovanın ölümü ətrafında müəmma
Messi "Barselona"dan ayrılır
Məşhur nəşrdən Messi ilə bağlı şok iddia - Danışıqlar başladı
"Sabah" 38 yaşlı hücumçu ilə müqavilə bağlamağa hazırlaşır