04.06.2018 - 09:10
İdman
20 baxış
Braziliya Neymarın qolu sayəsində Xorvatiyanı məğlub edib
Futbol üzrə Braziliya və Xorvatiya yığma komandaları Dünya çempionatı – 2018-ə hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçiriblər.
“Report” xəbər verir ki, görüş Liverpulun “Enfild” stadionunda keçirilib və Cənubi Amerika komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 69-cu dəqiqədə 3 aylıq zədədən sonra yaşıl meydanlara qayıdan Neymar açıb. O, Filippe Koutinyonun ötürməsindən yararlanıb. İkinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə isə forvard Roberto Firmino Kazemironun ötürməsini qola çevirib.
Braziliya DÇ-2018-də İsveçrə, Kosta-Rika və Serbiya, Xorvatiya isə Argentina, İslandiya və Nigeriya ilə bir qrupda yarışacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi və Ronaldu eyni komandada oynayacaq!
08.09.2026 - 12:36
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
08.09.2026 - 11:26
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
06.09.2026 - 16:16
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
05.09.2026 - 23:07
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
05.09.2026 - 19:30
Sabah və Zirə liderlik üçün üz-üzə!
05.09.2026 - 09:42
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır
05.09.2026 - 09:21
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
04.09.2026 - 14:20