“Borclar məni sıxır, banklar isə kredit vermirlər” - Könül Xasıyeva
“Borclar məni sıxır, banklar isə kredit vermirlər”.
Minval.info-nun məlumatına görə, bunu “Report”a açıqlamasında xeyli müddətdir səhhətində ciddi problemlər yaranan xalq artisti Könül Xasıyeva deyib.
O bildirib ki, yay fəsli dövründə həm özünün, həm də oğlu Kazımın müalicəsi davam edib:
“Mənim və övladımın xəstəliyi sağalan xəstəlik deyil. Amma həkimlər deyirlər ki, oğlum Kazımın xəstəliyi 18 yaşından sonra qismən sağala da, olduğu kimi qala da bilər. Səhhətimdə problem yaranmamışdan əvvəl fikirləşirdim ki, konsert verim. İndi vəziyyətim yaxşı deyil, özümə güvənim yoxdur. Maddi problemlər məni çox sıxır. İndi əsas problemim budur”.
Müğənni qeyd edib ki, dərs ilinin başlamasına baxmayaraq oğlu Kazım məktəbə gedə bilmir:
“Çünki qəfildən çığırır, özündən asılı olmayaraq müxtəlif hərəkətlər edir. Sakitləşdirici dərmanlar veririk. Həmin dərmanlar onun yaşına uyğun deyil deyə pis təsir göstərir”.
Qeyd edək ki, xalq artisti Könül Xasıyeva sinir ağrılarından, oğlu Kazım isə Turetto sindromundan əziyyət çəkir. O, bir müddət əvvəl Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alıb və hazırda ev şəraitində müalicəsi davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunacaq
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi
Miri Yusifin konsertinə böyük maraq
Gülüstan Əliyeva səhnəni fəth etdi
“Azadlıq damağında siqaret, soyunmaq deyil” – Məşhur idmançıdan sərt sözlər
Meyxanada yeni döyüş meydanı: Elcanın layihəsi başladı
Roza Cəlilova 97 yaşında vəfat etdi
