Bitki yağlarında təhlükə: Sağlamlığımızı təhdid edən emal çirkləndiricisi aşkarlandı
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müxtəlif ölkələrdən gətirilən bitki və palma yağlarının təhlükəsizlik göstəricilərini yoxlamaq üçün gücləndirilmiş nəzarət tədbirləri həyata keçirib. Bu yoxlamalar nəticəsində bəzi xarici istehsalçılara aid bitki yağlarında müəyyən uyğunsuzluqlar aşkar edilib.
Minval.info xəbər verir ki, laborator müayinələr zamanı təqdim olunan yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən 3-MCPD (3-monoxlorpropan1,2-diol) adlı emal çirkləndiricisi tapılıb.
Aşkarlanan uyğunsuzluqlarla əlaqədar qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb və bəzi ölkələrin istehsalçılarına aid bitki yağlarının ölkəyə idxalına məhdudiyyətlər qoyulub. AQTA, bitki və palma yağlarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərini məhsulların təhlükəsizlik standartlarına və idxal zamanı müəyyən edilmiş qida təhlükəsizliyi tələblərinə ciddi riayət etməyə çağırır. Nəzarət tədbirləri davam etdiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı
Jerar Qafarov nişanlandı: Corcun qardaşı evlilik yolunda
Murad Ceylanın yeni görünüşü müzakirələrə səbəb olub
Pünhan Piriyevin hərbi xidmətdəki arxiv görüntüləri yayıldı
Emrahın oğlu Tayfun Zaqatalada istirahət edir
Ölkədə küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
Vüsalə Əlizadə yeni verilişlə efirə qayıdır