Kartof püresi zərərli deyilmiş: Dietoloq faydalarını açıqladı
Kartof püresi sağlam qidalanmanın bir hissəsi ola bilər. Dietoloq Kristin Birn bu yeməyin faydalarından danışaraq onun yanlış olaraq zərərli hesab edildiyini bildirib.
Publika.az xəbər verir ki, mütəxəssis bu barədə “Eating Well” nəşrinə müsahibəsində danışıb.
Birnin sözlərinə görə, kartof püresinin nüfuzuna ən çox karbohidratların ciddi şəkildə məhdudlaşdırılmasını tələb edən keto (ketogenik) pəhrizinə olan maraq zərbə vurub. Lakin həkim qeyd edib ki, 100 qram ev şəraitində hazırlanmış kartof püresinin tərkibində qan təzyiqini nəzarətdə saxlamağa kömək edən təxminən 300 milliqram kalium var.
O, kartof püresinin qida dəyərini artırmaq üçün kartofu bişirməzdən əvvəl qabığını soymamağı tövsiyə edib. Çünki qabıq əlavə kaliumla yanaşı, həzm sistemi üçün faydalı olan liflə də zəngindir.
Dietoloq araşdırmanın nəticələrinə də diqqət çəkib. Məlum olub ki, sobada bişmiş, qaynadılmış və ya püre halına salınmış kartofun qəbulu ikinci tip diabet riski ilə cüzi əlaqə göstərib. Lakin həftədə üç porsiya kartof fri yemək bu xəstəliyin yaranma riskini 20 faiz artırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
90 mindən çox müəllimə əməkhaqqı artımı tətbiq edilib
Müəllimlər üçün daha bir qadağa imzalandı
Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar
12–13 yaşlı narkotik istifadəçiləri var, amma valideynləri qeydiyyata almır
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi
Ədəbiyyatşünas Qurban Bayramov dünyasını dəyişib
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın