07.11.2026 - 11:14
Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar
Lent 393 baxış

Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar

Çexiyada avtomobil yolu tikintisi zamanı arxeoloqların qarşısına çox qədim və geniş bir Kelt yaşayış məskəni çıxıb. Baku.ws-ın xarici KİV-ə istinadən məlumatına görə, bu kəşf Hradec-Kralove şəhəri yaxınlığında iki il davam edən qazıntılar nəticəsində üzə çıxıb.

Əldə edilən tapıntılar arasında qızıl və gümüş sikkələr, kəhrəba, şüşə qablar və minlərlə metal əşya yer alır. Dəmir dövrünə aid olan bu yaşayış məskəninin təxminən 25 hektar ərazini əhatə etdiyi müəyyən edilib, bu da arxeoloqları heyrətləndirib. Belə ki, tapılan tarixi əşyalar ümumilikdə 22 min kisəni doldurub.

Tapıntılar arasında Kelt sikkələri, onların hazırlanmasında istifadə olunan qəliblər, Baltik kəhrəbası və metal qab qalıqları da mövcuddur. Mütəxəssislər bildirirlər ki, indiyə qədər bölgədə aşkar edilən oxşar yaşayış məskənləri əsasən 1-2 hektar ərazini əhatə edirdi. Bu yeni kəşf isə ölçüsünə görə onlardan xeyli iridir.

Qazıntıların rəhbəri Matuş Holas bildirib ki, araşdırmalara 2023-cü ildə başlanılıb və bu tarixi məkan avtomobil yolu layihəsi sayəsində üzə çıxıb. Onun sözlərinə görə, əgər yol tikintisi olmasaydı, bu yaşayış məskəni uzun illər kəşf edilmədən qala bilərdi.

Arxeoloqlar ərazidə müdafiə divarları və xəndəklər tapmasalar da, yaşayış evlərinin, istehsalat emalatxanalarının və iki müqəddəs tikilinin qalıqlarını aşkar ediblər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: