05.11.2026 - 11:14
12–13 yaşlı narkotik istifadəçiləri var, amma valideynləri qeydiyyata almır
Lent 212 baxış

12–13 yaşlı narkotik istifadəçiləri var, amma valideynləri qeydiyyata almır

Publika.az-ın məlumatına görə, narkotik istifadəçisi olan 12–13 yaşlı uşaqların sayı artmaqdadır. Lakin valideynlər bu uşaqları qeydiyyata saldırmaqdan çəkinir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun baş məsləhətçisi Şahin İsmayılov bu məsələni Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi maarifləndirici təlimdə müzakirə edib.

Şahin İsmayılovun sözlərinə görə, bəzi valideynlər övladlarının narkoloji dispanserdə qeydiyyata alınmasını istəmirlər. Onlar uşaqlarının sağlamlıq məlumatlarının yaxınlarına, məktəb və universitetlərə məlum olacağından narahatdırlar.

Mütəxəssis xəbərdarlıq edib ki, problemin gizlədilməsi və dövlət orqanlarına vaxtında müraciət edilməməsi uşağın sağlamlığına ciddi zərər vura bilər. Əgər narkoloji mərkəzə erkən müraciət edilərsə, sağalma prosesi daha sürətli gedə bilər.

Şahin İsmayılov əlavə edib ki, narkomaniyanın müalicəsi yüksək səviyyəli mərkəzlərdə 21 gün davam edə bilər, lakin bu müddət tam sağalma anlamına gəlmir. Reabilitasiya prosesi aylarla, hətta illərlə davam edə bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: