13.11.2026 - 12:42
Müəllimlər üçün daha bir qadağa imzalandı
Lent 160 baxış

Müəllimlər üçün daha bir qadağa imzalandı

Azərbaycanda müəllimlər üçün yeni qaydalar təsdiqlənib. Publika.az-ın məlumatına görə, bu qaydalar təhsilverənlərin etik davranış prinsiplərinə yeni əlavələr gətirir.

Qərara əsasən, müəllimlər uşaqları fiziki və psixi zorakılıqdan qorumaq və onları zərərli vərdişlərdən uzaq tutmaq vəzifəsini daşıyırlar. Bundan əlavə, uşaqların şərəf və ləyaqətinə hörmət etmələri tələb olunur.

Müəllimlər tərəfindən intizam tədbiri olaraq zorakılığın hər hansı formasının tətbiqi isə qəti şəkildə qadağan edilib. Bu, təhsil prosesində daha sağlam mühitin yaradılmasına yönəlik bir addımdır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: