Bir fotosu ilə gündəmi dəyişən Əlisa Nicatın evindən - Görüntülər
“Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlunun tanınmış yazıçı-filosof Əlisa Nicatın maddi vəziyyəti ilə bağlı paylaşımı müzakirələrə səbəb olub. Ş. Xuduoğlu dünən yazıçı ilə dialoqunu sosial şəbəkədə bölüşüb:
Əlisa Nicatdan soruşuram qalın geyinmisən çox üşüyürsən? Deyir, ev soyuqdur.
– Bəs qaz gəlmir?
– Qaz peçi var, gecə 2-3 saat yandırıb sonra söndürürəm. Pul çox yazır, çatdıra bilmirəm.
Sözügedən məlumat daha sonra sosial şəbəkələrdə gündəm olub. Belə ki, izləyicilər 100-dən çox kitabın müəllifinin sosial durumunun ağır olmasına təəssüfləndiklərini bildiriblər. Artıq Ə. Nicata dəstək məqsədilə bank hesabı açılıb və ona yardım kampaniyasına başlanılıb.
“Qafqazinfo” olaraq yazıçının özü ilə əlaqə saxlamağa çalışsaq da, telefonu oğlu açıb və hazırda evdə ziyarətçilərin olduğundan danışa bilmədiyini bildirib.
Elə bu gün Ə. Nicatın evinə yollanan Şahbaz Xuduoğlu saytımıza açıqlamasında bildirib ki, yazıçı yalnız minimum pensiya alır: “Evinə istilik sistemi lazımdır. Bu məqsədlə kombi və radiatorlar alınmalıdır. Evin ümumi vəziyyəti acınacaqlıdır, amma qışı yola vermək üçün istilik sistemi vacibdir. Oğlu ailəlidir və işsizdir”.
Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza “Qafqazinfo”ya bildirib ki, Ə. Nicat yardım üçün AYB-yə müraciət etməyib: “Müraciət etsəydi, Azərbaycan Yazıçılar Birliyinin maddi imkanları daxilində yardım edə bilərdik”.
Qeyd edək ki, Əlisa Nicat əsərləri ilə böyük oxucu auditoriyası qazanıb. O, “Qızılbaşlar”, “Zərdüşt”, “Əsarət bayramı”, “Gərəksiz”, “Qəbilə başçısı”, “Gəncəli müdrik” və s. məşhur əsərlərin müəllifidir.





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məhkəmə Saakaşvili barədə qərar verib
TƏCİLİ: Şəkidə Xan çinarının budağı qırıldı - 19 Yaralı
"Hər gün 60-100 hərbçimizi itiririk" - Zelenski
Navalnı Moskvaya ayağını qoymamış qandallandı - o, kimin projesidir?
Azərbaycanlı iş adamı İstanbulda belə vuruldu - VİDEO
Bakıda dəhşətli qəza törətmiş “Porsche” hansı şirkətə məxsusdur?
Deputatdan Baş nazirin qərarına reaksiya: "Bunu başa düşə bilmirəm..."