Binəqədidəki yanğınla bağlı araşdırma başladı

Bu gün Binəqədi rayonu, 7-ci mikrorayon, keçmiş ağac emalı zavodunun həyətində işlənmiş rezin şinlərin naməlum səbəbdən yanması nəticəsində havaya qatı tüstü yayılıb.
Minval.info-nun məlumatına görə, hadisə yerinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub.
Yanğın yerində monitorinq və araşdırma aparılıb. Mütəxəssislər havaya yayılan qatı tüstü axını ilə əlaqədar havanının çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunə götürüb.
Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.
Nazirliyin əməkdaşları hazırda hadisə yerində araşdırma və monitorinqləri davam etdirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevdən taxıl açıqlaması: Problem yoxdur
“Mən indi qızımı atsam, onu məhv etmiş olaram”
Generalın məhkəməsi təxirə salındı: Şıxəliyev polkovniklə əlbəyaxa olub?
Nazir müavini hicab taxdığına görə vəzifəsindən gedib?
İntim videosu yayılan şagird sabiq nazirin nəvəsi imiş? - FOTO