Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Noyabrın 12-də Dublində “Avropa Siyasi Birliyi” (EPC) Zirvə toplantısı keçirilib. Bu toplantı çərçivəsində bəzi ölkələrin təşəbbüsü ilə “Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannamə”, “Miqrasiya haqqında Bəyanat” və “Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatı” qəbul edilib.
Publika.az-a Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan bu sənədlərə qoşulmayıb. EPC-nin məqsədi ölkələr arasında qarşılıqlı etimad və əməkdaşlığın təşviq edilməsidir. Bu qeyri-rəsmi dialoq platforması ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmağa və ortaq çağırışlar üzərində müzakirələrə imkan yaradır.
Ölkəmizin EPC-də iştirakının əsas məqsədi ümumi maraq doğuran məsələləri müzakirə etmək və iştirakçı ölkələrlə əməkdaşlıq imkanlarını genişləndirməkdir. Lakin Azərbaycan tərəfi əlavə hüquqi və siyasi öhdəlik yaradan bu sənədlərə qoşulmaqdan imtina edib.
ƏLAQƏLİ
İranın ali rəhbərindən Putinə təcili hərbi müraciət – S-400-ləri ver!
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İranın ali rəhbərindən Putinə təcili hərbi müraciət – S-400-ləri ver!
İsrail müxalifəti ultra-ortodoks partiyalarla əməkdaşlığa açıqdır
Amerika Trampdan əvvəlki siyasətə qayıda bilərmi?
Paşinyan: Yaxın gələcəkdə Türkiyə ilə diplomatik əlaqə qurulacaq
Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq
Paşinyan Türkiyəyə gedir – İrəvandan diqqətçəkən açıqlama
ABŞ Konqresində demokratların zəfəri Trampın siyasətinə mane ola bilər