Gələcəkdə yay yarım il davam edə bilər – şok proqnoz
Gələcək illərdə dünyada istilik dalğalarının daha uzun müddətə, genişmiqyaslı və intensiv olacağı gözlənilir. Baku.ws-ın yazdığına görə, bəzi bölgələrdə anomal isti hava dövrü altı ayadək davam edə bilər.
Berlin Azad Universiteti Avstraliya, İsveçrə və Yeni Zelandiya alimləri ilə birgə apardığı tədqiqatda bu nəticələrə gəlib. Araşdırmanın nəticələri “Nature Communications” jurnalında dərc olunub.
Alimlər 2015-2023-cü illərdə baş vermiş doqquz böyük istilik dalğasını təhlil edərək, onların müddətini və temperatur intensivliyini XXI əsr üçün hazırlanmış iqlim modelləri ilə müqayisə ediblər.
ƏLAQƏLİ
Qərbi Azərbaycanın yaddaş yerləri: Etnik təmizləməyə məruz qalan Alagöz kəndi
Tədqiqat göstərir ki, hətta istixana qazı emissiyalarının aşağı olduğu ssenaridə belə, doqquz bölgədən beşində istilik dalğaları altı ayadək davam edə bilər. Gələcəkdəki istilik dalğalarının 10-20 faizi isə indiyədək qeydə alınmış rekordlarla müqayisədə iki dəfə çox istilik toplaya bilər.
Yüksək emissiya ssenarisində bəzi regional istilik dalğalarının yaratdığı ümumi istilik yükünün indiki rekordlardan beş dəfə çox olacağı proqnozlaşdırılır. Xüsusilə Şimali Afrika və Yaxın Şərqdə temperaturun 3,5-4,5 dərəcə artması halında bu bölgələrdəki istilik dalğaları 2023-cü ilin rekord isti yayını üstələyə bilər.
Alimlər şəhərlərin, enerji sistemlərinin və səhiyyə infrastrukturunun belə uzunmüddətli istilik dalğalarına uyğun hazırlanmasının vacibliyini vurğulayırlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SSRİ-də xərçəng xəstələrindən həqiqəti niyə gizlədirdilər?
“Kupça”sız evə bu yolla sənəd almaq olar
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər