26.07.2026 - 15:59
İdman 222 baxış

“Beşiktaş”dan transfer BOMBASI – Məhəmməd Salaha milyonluq təklif

Türkiyənin “Beşiktaş” klubu misirli ulduz Mohamed Salah üçün transfer çalışmalarını sürətləndirib. Minval.info xəbər verir ki, “beIN Sports”un yaydığı məlumata görə, İstanbul təmsilçisi futbolçuya rəsmi təklif göndərib.

İddiaya əsasən, “qara qartallar” Salaha 2 illik müqavilə təklif edib. Təklif paketinə illik 15 milyon avro zəmanətli maaş, 4 milyon avro performans bonusu və imic hüquqları ilə bağlı xüsusi bəndlər daxil edilib.

Bildirilir ki, bonuslarla birlikdə futbolçunun kluba illik ümumi maliyyə yükü 19-20 milyon avroya, iki illik müqavilənin dəyəri isə təxminən 40 milyon avroya çata bilər.

Məlumatda həmçinin iddia olunur ki, Salah hazırda azad agent statusundadır və ötən mövsüm “Liverpul”un heyətində keçirdiyi 41 oyunda 12 qol vurub, 10 məhsuldar ötürmə verib. Bu məlumatla bağlı tərəflərdən hələlik rəsmi təsdiq verilməyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: