Dünya ağırlıqqaldırma çempionatı 2030-cu ildə Moskvada keçiriləcək
Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) 2028-2030-cu illər arasında keçiriləcək Dünya Çempionatlarının məkanlarını açıqlayıb. Publika.az-ın məlumatına görə, bu barədə IWF-in mətbuat xidməti məlumat yayıb.
Federasiyanın İcraiyyə Şurasının qərarına əsasən, 2030-cu il Dünya Ağırlıqqaldırma Çempionatı Moskva şəhərində təşkil olunacaq. Bu qərar, Hindistanın Əhmədabad şəhərində keçirilməsi planlaşdırılan 2029-cu il çempionatından bir il sonraya təsadüf edir.
Bundan başqa, 2028-ci ildə gənclər və yeniyetmələr arasında keçiriləcək Dünya Çempionatlarının məkanları da müəyyən edilib. Gənclər arasında çempionat Priştina, Kosovo şəhərində, yeniyetmələr arasında isə Karakas, Venesuela şəhərində baş tutacaq.
ƏLAQƏLİ
Mourinyodan jurnalistlərə irad: Niyə heç biriniz onun haqqında soruşmadınız?
IWF-nin baş katibi Xose Kinones, alınan müraciətlərin yüksək səviyyədə olduğunu və çempionatların uğurla başa çatacağına əminliyini ifadə edib.
Xatırladaq ki, iyun ayında IWF, 2022-ci ilin fevralında Ukraynaya müdaxilədən sonra Rusiya və Belarusa tətbiq edilən sanksiyaları ləğv etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mourinyodan jurnalistlərə irad: Niyə heç biriniz onun haqqında soruşmadınız?
“Yunayted”in 4 namizədi var – Karrikin yerinə
Karrik Brunonun evindəki soyğundan danışdı: "Dəhşətlidir..."
Arda Gülər mənim qardaşımdır
Arda Gülər "El-Klasiko"da əsas heyətdə yer ala bilər
Klopp "el klasiko"da hansı komandaya azarkeşlik edəcəyini açıqladı