“Yunayted”in 4 namizədi var – Karrikin yerinə
“Mançester Yunayted” rəhbərliyi baş məşqçi Maykl Karrikin yerinə dörd namizədi nəzərdən keçirir. Publika.az-ın məlumatına görə, bu barədə insayder Nikola Şira bildirib.
Namizədlər arasında Yulian Naqelsmann, Antonio Konte, Eddie Houe və Qaret Sautqeyt var. Bu məşqçilərdən biri Karrikin yerinə təyin oluna bilər.
İngiltərə Premyer Liqasının səkkizinci turunda “Mançester Yunayted” “Bornmut”a 0:3 hesabı ilə uduzdu. Hazırda “Qırmızı şeytanlar” turnir cədvəlində yeddi xalla 16-cı yerdə qərarlaşıb. Onların növbəti oyunu 31 oktyabrda “Çelsi”yə qarşı olacaq.
Qeyd edək ki, Antonio Konte daha əvvəl “Mançester Yunayted”in təklifi ilə bağlı yayılan şayiələr fonunda heç bir danışıqlar aparmadığını açıqlamışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Karrik Brunonun evindəki soyğundan danışdı: "Dəhşətlidir..."
Arda Gülər mənim qardaşımdır
Arda Gülər "El-Klasiko"da əsas heyətdə yer ala bilər
Klopp "el klasiko"da hansı komandaya azarkeşlik edəcəyini açıqladı
Karlsen Barselonada yeni şahmat turnirini elan etdi
Messi karyerasının zirvəsini açıqlayıb