24.10.2026 - 11:54
Arda Gülər ​​mənim qardaşımdır
İdman 594 baxış

Arda Gülər ​​mənim qardaşımdır

İspaniya çempionatının onuncu turu çərçivəsində “Barselona” və “Real Madrid” arasında keçiriləcək böyük futbol qarşılaşması böyük maraq doğurur. Bu ikonik matçda iki nəhəng klub üz-üzə gələcək.

Publika.az xəbər verir ki, “Şaxtyor” klubunun baş məşqçisi və keçmiş “Barselona” oyunçusu Arda Turan bu matçla bağlı fikirlərini bölüşüb. O, “Real Madrid”in gənc futbolçusu Arda Güləri qardaşı kimi gördüyünü bildirib.

“Arda Gülər mənim qardaşımdır, lakin mənim rəğbətim “Barselona”yadır. Biz meydandan kənarda qardaşıq, lakin meydanda rəqibik. “Barselona” hər zaman ürəyimdə olacaq. Bu klub sadəcə bir futbol komandası deyil, o, xüsusi bir fəlsəfəyə sahibdir. Ümid edirəm ki, “Barselona” qalib gələcək”, – deyə Arda Turan “TNT Sports”a açıqlamasında bildirib.

Gözlənilən “El Klasiko” matçı oktyabrın 25-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq və futbolsevərləri ekran başına toplayacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: