24.10.2026 - 12:14
Karrik Brunonun evindəki soyğundan danışdı: "Dəhşətlidir..."
İdman 126 baxış

Karrik Brunonun evindəki soyğundan danışdı: "Dəhşətlidir..."

“Mançester Yunayted” futbol klubunun baş məşqçisi Maykl Karrik komandanın kapitanı Bruno Fernandeşin evində baş verən soyğun hadisəsi ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, Karrik bu məsələyə mətbuat konfransında toxunub. O, “Belə bir hadisəni eşitmək belə dəhşətlidir. Bruno və ailəsini dəstəkləmək üçün əlimizdən gələni edirik. Xoşbəxtlikdən, baş verənlərdən birbaşa təsirlənməyiblər. Lakin bu, hadisənin ciddiliyini azaltmır” deyə bildirib.

Xatırladaq ki, cinayətkarlar Fernandeşin evinə oktyabrın 21-də, yarımmüdafiəçi İtaliyada “Komo” ilə Çempionlar Liqası matçında (1-4) iştirak edərkən daxil olublar. Oğrular evdən bir neçə əşya götürərək hadisə yerindən uzaqlaşıblar. Hadisə zamanı evdə heç kim olmayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: