Baş nazir peşə təhsili ilə bağlı qərar verdi
“Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında” qanuna dəyişiklik edilib.
Bu barədə müvafiq qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Peşə təhsili üzrə “Peşə təhsili haqqında” qanununun 9.8-ci maddəsinə əsasən peşə təhsili müəssisələrində təhsil müddəti aşağıdakı qruplara görə müəyyənləşdirilib:
ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 1 il, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 2 il;
tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 6 ay, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 1 il;
ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı, tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda – 3 il; ümumi orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 4 il;
tam orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda – 3 il;
Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin öz vəsaiti hesabına sifarişlər əsasında həmin və ya digər peşənin öyrənilməsi,
ixtisasın artırılması və yenidənhazırlanma üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
DİM imtahanın nəticələrini açıqladı
İş yerini dəyişmək istəyən müəllimlərin vakansiya seçimi BAŞLAYIR
2023-cü il üçün I qrupla bağlı yeni qəbul proqramı hazırlanıb
DİM abituriyentlərə müraciət edib
Azərbaycan dili fənni üzrə növbəti test imtahanı keçiriləcək
Azərbaycanda daha iki məktəb koronavirusa görə bağlandı