Bali adasında G20 liderlərinin sammiti Polşaya raket zərbələrinin müzakirəsi ilə yekunlaşıb
Noyabrın 14-15-də İndoneziyanın Bali adasında keçirilən G20 ölkələrinin sammiti G7 üzvlərinin və digər ölkələrin liderlərinin Polşa ərazisinə düşən raketlərin müzakirəsi ilə yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, məsələ barəsində məlumat verən ABŞ Prezidenti Co Bayden Ukrayna ərazisində gedən müharibə ilə bağlı Polşa ərazisinə düşən raketlərin Rusiya tərəfindən buraxıldığının az güman olunduğunu bildirib.
Qeyd edək ki, noyabrın 15-də Rusiyanın Ukraynanın enerji obyektlərinə endirdiyi ən güclü raket zərbələri nəticəsində gərginlik daha da artıb. Polşa ərazisinə düşən iki raket nəticəsində iki nəfərin həlak olduğu bildirilir. Xatırladaq ki, Polşa Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvüdür.
Raket zərbələrindən sonra G7 ölkələrinin və NATO üzvü olan dövlətlərin liderləri İndoneziyada fövqəladə birgə toplantı keçiriblər. Görüşün təfərrüatları barədə hələlik məlumat verilmir.
Xatırladaq ki, G7 qrupuna ABŞ, Almaniya, Kanada, Fransa, İtaliya, Yaponiya və həmçinin Avropa İttifaqı daxildir. Ağ Evdən verilən məlumata görə, fövqəladə toplantıda İspaniya və Niderland nümayəndələri də iştirak ediblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Armen Qriqoryan Baş Qərargah rəisi olur
Rusiyada poçt əməkdaşlarına antidron silahları təqdim ediləcək
İranda benzinin qiyməti ikiqat bahalaşdı
Rusiya Almaniya konsulluğunu bağlayır: Gərginlik artır
Kompensasiya təklifi: 90 min yox, 180 min!
AfD Almaniyada seçkilərdə tarixi zəfər qazandı
Üç övladlı ailələrə 420 manat müjdə!