Balakəndə ana və oğlunun həlak olduğu qəzada ata da ÖLDÜ
Balakən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan daha bir nəfər ölüb.
Minval.info Oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində “Toyota” markalı avtomobildə olan sərnişin 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Xatırladaq ki, dünən Balakən rayonunun Katex kəndi ərazisində “Hyundai”, KIA və “Toyota” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1974-cü il təvəllüdlü Pərvanə Zahid qızı Məmmədova, Məryəm Kamil qızı Hoorsova və 1999-cu il təvəllüdlü Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində ölüb, 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov və 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanov xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdilər.
ƏLAQƏLİ
Pakistanda təcavüzə məruz qalan azərbaycanlı qadının işi ilə bağlı yeni detallar
Qeyd edək ki, ölənlərdən Y.Mütəllibov ailə baçısı, P.Məmmədova onun həyat yoldaşı, R.Mütəlibov isə onların övladıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda bağlı qapı arxasında qalan 2 nəfər xilas edildi, 1 meyit tapıldı
Azərbaycanda itkin düşən 9 nəfər tapıldı
SOCAR-ın Qaz Emalı Zavodunda genişmiqyaslı yanğın-taktiki təlim keçirildi
Flydubai təyyarəsində kopilot kapitanı balta ilə hücuma məruz qoyub
Flydubai təyyarəsində terror cəhdi: ikinci pilot baltayla hücum etdi
Flydubai təyyarəsində kopilotun hücum cəhdi: İstintaq davam edir