Bakının mərkəzində bu universitetin yeni korpusu tikilir - FOTOLAR

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)yeni tədris korpusunun tikintisi ilə əlaqədar tender elan edib.
Publika.az xəbər verir ki, Yasamal rayonu, M.Muxtarov 194 ünvanında Azərbaycan Dövlət İqtisad Universitetinin yeni tədris binasının tikintisi işləri ilə bağlı artıq tender elan edilib. Tenderin nəticəsi gələn ayın sonunda elan ediləcək və tikinti işlərinə başlanılacaq. Artıq həmin ünvanda yerləşən köhnə (90 il əvvəl tikilmiş) tikili tamamilə sökülüb.
Qeyd edək ki, Murtuza Muxtarov küçəsi 194 ünvanında UNEC-in 2 korpusu mövcuddur və yeni tikilən orpus 3 saylı olacaq. Sahəsi 2940 m2 olan 4 mərtəbəli, müasir standartlara cavab verən yeni tədris binası 3 min tələbənin təhsil alması üçün tədris laboratoriyaları, geniş auditoriyalar, linqafon kabinetləri, idman zalı və s. ilə təchiz olunacaq.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!