Bakının iki rayonunda əməliyyat: Həbslər var
Bakının Sabunçu rayonunda avtomobil oğurlanıb.
Minval.info teleqraf.com-a istinadən xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə oktyabrın 4-nə keçən gecə Bakıxanov qəsəbəsi ərazisindən qəsəbə sakini Vüqar Niftəliyevin “VAZ-2107” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsi oktyabrın 11-də saat 22 radələrində Ramana qəsəbəsi ərazisində hərəkətdə olarkən onu qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Faiq Alıyevlə birgə saxlanılıb.
Bundan başqa, sentyabrın 28-də Nəsimi rayonu H.Seyidzadə küçəsindən Bakı şəhər sakini Çingiz Feyzullayevin “Mercedes” markalı avtomobilinin qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər də məhkum olunmuş Rövşən Şahnəzərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
DTX beş ölkədə terror əməliyyatı keçirdi
Bakı və Sumqayıtda yaşıllıqlara ciddi ziyan vuruldu
Ziya Bünyadovda avtobus zolağının vaxtı uzadıldı!
Bakıda ata və qızı kürəkəni qətlə yetirdi
Türkiyədə narkotik əməliyyatı: Məşhurlar saxlanıldı
Polşada separatçı bayraq təxribatı dayandırıldı
Nigar Fərhadın şirkətinə cinayət işi açıldı