18.09.2026 - 18:32
Kriminal 17 baxış

Bakıda ata və qızı kürəkəni qətlə yetirdi

Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb və hökm elan edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hadisənin səbəbləri ilə bağlı bəzi faktlar üzə çıxıb.

Məlum olub ki, 2019-cu ildə Ədil Məhərrəmov Nuranə adlı xanımla ailə həyatı qurub. Bu, onların ikinci evliliyi olub. Nuranənin ilk evliliyindən 2008-ci il təvəllüdlü qızı var. 2022-ci ildə Nuranə polisə müraciət edərək ilk evliliyindən olan yeniyetmə qızına qarşı ərinin cinayət törətməsini bildirib. Bununla bağlı cinayət işi açılıb və istintaq araşdırmaları aparılıb. Lakin kifayət qədər sübut olmadığından Ədil Məhərrəmova qarşı cinayət təqibi dayandırılıb.

Minval.info xəbər verir ki, bundan sonra Nuranə Məhərrəmova məsələni atası Nəcəf Qafarova danışıb və onlar birlikdə Ədili qətlə yetirməyi planlaşdırıblar. Məhkəmədə təqsirləndirilən şəxslər Ədilin yeniyetmə qıza qarşı cinayət törətməsini şifahi olaraq təsdiq etdiyini, hətta “Yaxşı etmişəm” deyə onlara cavab verdiyini iddia ediblər. Hökmə əsasən, Nəcəf Qafarov 19 il, qızı Nuranə Məhərrəmova isə 14 il 6 ay azadlıqdan məhrum ediliblər. Onlar hər ikisi xüsusi amansızlıqla adam öldürməkdə ittiham olunurlar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: