25.12.2018 - 13:34
Təhsil 1 baxış

Bakıda yeni illə bağlı fləşmob keçirildi - Video

“Fəal Maarifçilər” klubu yeni il münasibətilə fləşmob keçirib.

Aksiya Bakının mərkəzində – Nizami küçəsində baş tutub. Gənclər şəhər sakinlərinə yaxınlaşaraq onlara kitab hədiyyə ediblər. İnsanların əksəriyyəti bu təşəbbüsü müsbət qarşılayıb və davamlı olmasını arzulayıblar.

Klubun təsisçi-sədri Abdullayev Fəxrəddinin sözlərinə görə, fləşmobu keçirtməkdə məqsəd insanların kitab oxumağa olan marağını artırmaqdır. O bildirib ki, bu addım eyni zamanda ölkədə “kitab hədiyyəsi” konseptini genişləndirmək üçün atılıb.

Qeyd edək ki, gənc fəal F.Abdullayev “Fəal Maarifçilər” klubu ilə yanaşı oxucular üçün fəaliyyət göstərən “Oxuyaq.az” saytının təsisçisidir.

https://youtu.be/Cwn-GSo-5wM

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: