Tanınmış teleaparıcıya qarşı cinayət: İşə polis qarışdı
Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə müraciət daxil olub.
Minval.info nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə gələn Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Məlum olub ki, A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Saleh Bağırova məxsus “KİA” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində şəxsiyyət vəsiqəsi və avtomobilin sənədləri olan çanta oğurlanıb.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edib və həmin şəxs saxlanılıb. Araşdırmalarla onun Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev olduğu məlum olub. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, zərərçəkmiş şəxs İctimai Televiziyanın tanınmış aparıcısı Saleh Bağırovdur. Hadisə telekanalın yaxınlığında, yolun kənarında baş verib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda həbsdə olan oğluna heroin keçirmək istəyən ata saxlanılıb
Bakıda cərimə meydançasında yanğın - Maşınlar yanır (FOTOLAR)
Sumqayıtda zolağın üzərində piyadanı maşın vurdu, sürücü qaçdı
Bakıda kişi arvadı ilə qayınanasını girov saxladı
Şəmkirdə qəzada faciəli şəkildə ölən şəxs müğənninin qardaşı imiş... - FOTO
Bakıda ər arvadını qətlə yetirib