Bakıda ərik qiymətləri sosial media gündəmində: Ət qiymətləri ilə yarışır!
Bakıda yay mövsümündə ərik qiymətləri ət qiymətləri ilə müqayisə ediləcək səviyyəyə çatıb, bu da sosial mediada geniş müzakirələrə səbəb olub. Əriyin bir kiloqramı 17-18 manata satılır ki, bu da bir çox insan tərəfindən birmənalı qarşılanmır.
Minval.info xəbər verir ki, iqtisadçı Eyyub Kərimli qiymətlərin tələb və təklif əsasında formalaşdığını vurğulayıb. Onun sözlərinə görə, rəqabətlilik qiymətlərin əsasını təşkil edir və paytaxtda müxtəlif məhsulların qiymətləri fərqli ola bilər. Bəzi yerlərdə məhsullar daha ucuz, şəhər mərkəzində isə daha baha satılır.
Ekspert əlavə edib ki, bazarlarda əriyin qiyməti 18 manat olsa da, bəzi yerlərdə daha ucuz qiymətə də tapmaq mümkündür. İnsanlar büdcələrinə uyğun seçim edə bilərlər. Əgər məhsul bu qiymətə satılırsa, deməli, onun alıcısı var və bu qiymət normal qarşılanmalıdır. Bu vəziyyət geyim məhsullarında da müşahidə olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rayonlarda şimşək və yağışlı hava şəraiti müşahidə olunur
Binəqədi şosesində zolaqlar artırıldı: hərəkət daha rahat olacaq
Bakının bəzi ərazilərində elektrik enerjisi kəsintiləri olacaq
Xırdalan və Masazıra gedən taksilərin fəaliyyəti bərpa edildi
Bakıya güclü leysan yağışı gözlənilir
Azərbaycanda 50 milyon manata yeni qəsəbə tikilir
Prokurorluq orqanlarına qəbul imtahanının tarixi açıqlandı