Bakıda qadın taksi sürücüsünün başına oyun açdı
Bakıda qadın taksi sürücüsünü özünə xəsarət yetirməklə şantaj edib.
Bu barədə “Minval.info”ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə noyabrın 14-də Bakı şəhər sakini E.Cəfərzadənin taksi kimi idarə etdiyi “KİA” markalı avtomobilində qadın sərnişinin övladının xəstə və pula ehtiyacı olmasını deyib özünə xəsarət yetirərək onun üzərinə atacağı ilə hədələyib 1450 manat pulunu alması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Şərur rayon sakini, əvvəllər də xuliqanlığa görə məhkum olunmuş Tünzalə Şəfiyeva müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Beyləqanda ağır qəza: Tanınmış müəllim həlak oldu
Xırdalanda mədəniyyət evinin yaxınlığında yanğın baş verdi
Nikosayağı qol transplantasiyasına niyə "yox" dedi?
Çinarlı Parkda yanğın: Səbəblər araşdırılır
Əməkdar artist Səvda Saleh insultdan sonra komada
Pərvinin arzuları qəzada yarımçıq qaldı
FHN-dən güclü külək xəbərdarlığı: Təhlükəsizlik vacibdir