Bakıda məmur həbs edildi - SON DƏQİQƏ
Bakıda 4 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı bir nəfər həbs edilib.
Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, mayın 21-də Binəqədi rayonu ərazisində yerləşən “Azərtransservis” Açıq Səhmdar Cəmiyyətinin (ASC) həyətində fəaliyyət göstərən çayxanada 4 nəfərin ölümü ilə nəticələnən partlayışla əlaqədar başlanmış cinayət işi üzrə həmin ASC-nin icraçı direktoru Haqverdiyev Arif Məmməd oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı