Bakıda iki tələbə qızı səhiyyənin avtomobili vurdu
Bakının Qaradağ rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un xəbərinə görə, Şıxlar qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Əkbərli Lalə Təvəkkül qızı və 1993-cü il təvəllüdlü Əlizadə Çinarə Rasim qızı birgə yolu keçərkən onları “Niva” markalı avtomobil vurub.
Yaralılar yaxınlıqdakı poliklinikaya aparılıb. Ç.Əlizadənin vəziyyəti ağır olduğundan o, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıblar.
Məlumata görə, qəza 4 saylı Vərəm Əleyhinə Dispanserə məxsus xidməti avtomobilin sürücüsü tərəfindən törədilib.
Yaralıların hər ikisi universitet tələbələridir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Beyləqanda ağır qəza: Tanınmış müəllim həlak oldu
Xırdalanda mədəniyyət evinin yaxınlığında yanğın baş verdi
Nikosayağı qol transplantasiyasına niyə "yox" dedi?
Çinarlı Parkda yanğın: Səbəblər araşdırılır
Əməkdar artist Səvda Saleh insultdan sonra komada
Pərvinin arzuları qəzada yarımçıq qaldı
FHN-dən güclü külək xəbərdarlığı: Təhlükəsizlik vacibdir