Bakıda “Erməni dilinin qrammatikası” kitabının təqdimatı keçirilib
AMEA Nəsimi adına Dilçilik İnstitutunda ADU-nun baş müəllimi Hüseyn Əsgərovun “Erməni dilinin qrammatikası” kitabının təqdimatı keçirilib.
Bu barədə Minval.info-ya İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbiri giriş sözü ilə açan akademik Möhsün Nağısoylu bildirib ki, Hüseyn Əsgərov uzun illərdir ADU-da erməni dilini tədris edir.
Kitabda erməni dilinin əlifbasına, onun sait, samit sisteminə, nitq hissələrinə müraciət olunur. Kitabının ərsəyə gəlməsində məqsəd erməni dilinin təbliği deyil, gənc nəslə erməni dilini öyrətməkdir. Dərslik Azərbaycan dili ilə müqayisəli şəkildə yazılıb.
Sonra çıxış edən professorlar M.Hüseynov, S.Sadıqova, Ə.Zeynalov, İ.Məmmədli qeyd ediblər ki, erməni dilinin öyrənilməsi, erməni tarixinə bələd olmaq, bu və digər məsələləri dəyərləndirmək baxımından da əhəmiyyətlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?
Könül Kərimovanın nəvəsi Dəniz məktəb yolunda!