Bakıda Bank işçisi müştəridən 400 min dollar oğurladı
Müştərinin 400 mindən çox pulunu ələ keçirmək istəyən şəxs hakim qarşısına çıxarılıb.
Minval.İnfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bank işçisi olmuş Elqar Vəliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Elqar Vəliyev Bakıda bankdan əmanətçinin külli miqdarda pulunu oğurlamaqda ittiham edilir. Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Dövlət ittihamçısı çıxış edərək Ə.Vəliyevə cəza istəyib. Prokuror onun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmədə E.Vəliyevin vəkili müdafiə çıxışı edib. Vəkil müdafiə etdiyi şəxsin əməlindən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini istəyib. E.Vəliyev son söz üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası yanvarın 1-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2017-ci ilin dekabr ayında baş verib. Belə ki, E.Vəliyev paytaxtın Nərimanov rayonu ərazisində yerləşən banklardan birində əmanətçinin hesabından 425 min 77 dollar pulu öz kartına köçürüb. Daha sonra o, həbs edilib.
E.Vəliyev bankın texnoloji proseslər şöbəsində baş ekspert vəzifəsində çalışıb.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
