18.09.2026 - 23:33
Hadisə 15 baxış

Rusiya Odessada binaya hücum etdi: 10 yaralı

Sentyabrın 18-də günortadan sonra Rusiya hərbi qüvvələri Odessada inzibati binaya pilotsuz təyyarə ilə hücum təşkil edib. Hücum nəticəsində ən azı 10 nəfər yaralanıb.

Minval.info xəbər verir ki, hücum zamanı “Ukrzaliznitsa”nın 11 mərtəbəli inzibati binasına zərbə endirilib. Hadisə zamanı şəhərdə partlayış səsləri eşidilib və hava hücumu xəbərdarlığı verilib.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin Baş İdarəsinin sözçüsü Marina Averina bildirib ki, hücum nəticəsində ciddi dağıntılar meydana gəlib və xəsarət alanların sayı artma ehtimalı var.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: