Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Pakistanın Kohat şəhərində yerləşən polis məntəqəsinin yaxınlığında baş verən terror aktı nəticəsində ölənlərin sayı 31-ə çatıb. Hadisə sentyabrın 18-də “Police Lines” kompleksində baş verib. Partlayıcı maddələrlə dolu avtomobil kompleksin giriş qapısını dağıdıb və daha sonra partladılıb. Güclü partlayış nəticəsində məscidin divarının bir hissəsi uçub, ətrafdakı binalara da ziyan dəyib.
Minval.info xəbər verir ki, partlayışdan sonra ərazidə silahlı şəxslərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma baş verib. Polisin məlumatına görə, kompleksə ümumilikdə 7 silahlı şəxs daxil olub və onlardan 6-sı zərərsizləşdirilib. Hadisə nəticəsində çox sayda insanın yaralandığı da bildirilir. Xilasetmə və axtarış işləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gömrük əməliyyatı: meyvə şirəsi yükündə metamfetamin aşkarlandı
VACİB"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - VİDEO
Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb
Türkiyədə səkkiz nəfəri qətlə yetirən şəxsin ifadəsi ortaya çıxdı
ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Avropada daha bir sərnişin təyyarəsində bomba həyəcanı: təcili eniş