Bakıda bəzi məktəblər söküləcək? - RƏSMİ AÇIQLAMA
Bakının Nərimanov rayonu ərazisində böyük söküntü işləri gedir.
Heydər Əliyev Mərkəzinin və Təhsil Nazirliyinin yaxınlığından “28 may” metrostansiyasının təzə girişinə qədər köhnə binalar və tikililər tamamilə boşaldılır, əhali köçürülür. Bakının ən böyük rayonlarından birinin siması yaxın gələcəkdə Nazirlər Kabinetinin təsdiqlədiyi pilot layihəyə uyğun olaraq tamamilə dəyişəcək. Sözügedən ərazidə bir neçə məktəb yerləşdiyindən və köçürülmə prosesi məktəblərdəki şagird kontingentinin sayına da təsir göstərdiyindən bu məktəblərin də köçürülmə ehtimalının olub-olmaması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etdik.
İdarədən Lent.az-ın sorğusuna verilən cavaba görə, qeyd olunan ərazilərdə həyata keçirilən əsaslı inkişaf layihələri ilə əlaqədar müvafiq məktəblərin şagird kontingentində dəyişiklik müşahidə olunacağı təqdirdə vəziyyətə uyğun tədbirlər görüləcək. Hazırda həmin təhsil müəssisələri fəaliyyətini normal şəkildə davam etdirir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin işə qəbulu: Müsahibə nəticələri açıqlandı
Bərdə təhsil sektorunun müdiri 19 gün sonra atasını itirdi
MİQ üzrə 1467 namizəd iş imkanı qazandı
Peşə təhsilinə qəbulda 8791 nəfər uğur qazandı
Ali təhsil müəssisələrində 1393 plan yeri boş qalıb
İmtahanlara PİSA tipli tapşırıqlar gəlir
Özəl bağçaların yeni maliyyələşmə siyahısı açıqlandı