Peşə təhsilinə qəbulda 8791 nəfər uğur qazandı
2026/2027-ci tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulunun ikinci mərhələsinin nəticələrinə əsasən, 8791 nəfər uğurla müsabiqədən keçib. Namizədlərə qəbul nəticələri barədə məlumatlar sentyabrın 4-də mobil telefonlarına SMS vasitəsilə göndərilib.
Minval.info xəbər verir ki, peşə təhsili müəssisələrinə qəbul olunan şəxslər, qəbul edildikləri ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasında şəxsi kabinetləri vasitəsilə əldə edə bilərlər. Müsabiqədən keçən namizədlər sentyabrın 4-dən 10-dək, saat 18:00-a qədər qəbul olunduqları peşə təhsili müəssisəsində qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, bu mərhələ 69 peşə təhsili müəssisəsində 149 ixtisas üzrə 12766 plan yeri üçün təşkil olunub və ümumilikdə 23541 nəfər müsabiqədə iştirak edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?