04.09.2026 - 11:32
Təhsil 17 baxış

Özəl bağçaların yeni maliyyələşmə siyahısı açıqlandı

Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı çərçivəsində həyata keçirilən maliyyələşmə müsabiqəsinin nəticələri açıqlanıb. Bu müsabiqənin qalibi olan 124 özəl məktəbəqədər təhsil müəssisəsinin siyahısı ictimaiyyətə təqdim edilib.

Minval.info xəbər verir ki, seçilmiş məktəbəqədər təhsil müəssisələrinin adları, ünvanları, qəbul planı, dövlət dəstəyinin aylıq məbləği və valideynin üzərinə düşən aylıq ödəniş məbləği ilə bağlı ətraflı məlumat təqdim olunub.

Növbəti mərhələdə müsabiqə nəticələrinə uyğun olaraq, dövlət dəstəyi ilə bu müəssisələrdə uşaqlar üçün əlçatan imkanların genişləndirilməsi və qəbul prosesinin təşkili təmin ediləcək. Eyni zamanda, maliyyələşmə müqavilələri çərçivəsində həmin müəssisələrin fəaliyyətinin monitorinqi həyata keçiriləcəkdir.

Müsabiqənin əsas məqsədi 2026-2027-ci tədris ilində həm paytaxtda, həm də regionlarda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: