Bakıda ATƏT-in müşahidə missiyasının mətbuat konfransında qalmaqal - Dava düşdü - VİDEO
Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı ATƏT-in müşahidə missiyasının bu gün Bakıda keçirdiyi mətbuat konfransında qalmaqal baş verib.
Missiyanın üzvləri seçkidə baş vermiş pozuntular barədə danışmağa başlayan kimi bir qrup jurnalist yerindən qalxaraq, kəskin etirazını bildirib.
Yüksək tonlarda danışan jurnalistlər missiyanın üzvlərindən hesabatlarını dəyişməyi tələb ediblər. Buna cavab olaraq, ATƏT nümayəndələri mətbuat konfransını dayandırıblar və zalı tərk ediblər.
Müəyyən müddətdən sonra onlar yerlərinə qayıdaraq mətbuat konfransının bitdiyini bildiriblər və əlavə ediblər ki, monitorinqin nəticələri çap olunmuş variantda mövcuddur və istənilən şəxs onunla tanış ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı
Meloni İtaliyada yeni siyasi rekord qırdı