Bakıda "ana" Uşaqlar Günündə körpəsini öldürüb zibilliyə atdı
Bakıda yeni doğulmuş qızının cəsədini zibil qabına atan qadın saxlanılıb.
Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Paradoksal olan odur ki, ana öz uşağından belə qəddar üsulla məhz iyunun 1-də — Uşaqların Beynəlxalq Müdafiəsi Günü canını qurtarıb.
Qeyd edək ki, bu dəhşətli addımı Xocahəsən qəsəbəsinin sakini atıb. Məişət tullantılarının atıldığı zibillikdən içində yeni doğulmuş qız uşağının cəsədi olan qutu tapılıb. Müəyyən edilib ki, uşaq 7 aylıq və yarımçıq doğulub. O, doğulanda sağ olub. Ölüm hadisəsi sonradan baş verib.
Paytaxtın hüquq-mühafizə orqanları qatil ananı saxlamağa müvəffəq olublar. Sən demə, o, 1986-cı il təvəllüdlü Bakı sakini Quliyeva Gülnar Yunis qızı imiş. Binəqədi prokurorluğundan bildiriblər ki, Quliyevaya qarşı AR Cinayət Məcəlləsinin 121-ci maddəsi (ananın yeni doğulmuş körpəsini qəsdən öldürməsi) ilə cinayət işi açılıb.
Bu maddənin dəyişdirilməsi istisna edilmir. Hazırda istintaq orqanları cinayətin motivini — gənc qadının öz uşağını öldürməsinin səbəbini müəyyən etməyə çalışır.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda avtoyuma məntəqəsinin işçisi öldürüldü
Abşeronda 3 avtomobil toqquşdu, biri yandı
"Qonşu qadınlar məni bıçaqlamaq istədilər" - müəmmalı hadisə
Tikintidə yaralanan fəhlənin qohumları etiraz edir - Ürəkdağlayan FOTO
Sürücü vurduğu lal piyadanı da götürüb aradan çıxdı
Sahibsiz it 10 yaşlı uşağın əlini və ayağını dişləyib