Bakı idman sarayında (keçmiş əl oyunları sarayı) keçirilən sərgi 10 gün davam edəcək və 50 000-dən çox azərbaycan, rus, ingilis, türkcə kitablar 70%-ə qədər endirimlərlə satılacaq.

Sərgidə Azərbaycanın tanınmış yazıçıları, şairləri, millət vəkilləri, eləcə də bir sıra ali məktəbin rəhbərləri iştirak edib.

Sərgidə iştirakçılardan biridə “Toxum” kitabının Proyekt Meneceri Kənan Cəfərlidir. O kitab haqqında oxuculara məlumat verib.

“Biz Azərbaycanın ilk “Kraundfanding” platformasıyıq. Bu gün sizə üzərində aylarla çalışdığımız “Toxum” kitabını təqdim edirik. İnsanlarda hər zaman belə bir sual yaranır ki, bu kitabın adını niyə belə qoymuşuq. “Toxum” kitabı insanlar öz idealarını necə layihələrə çevirə biləcəkləri haqqındadır. Burada insanlar öz bizneslərini necə qura bilərlər, cəmiyyətdə necə maliyyələşib kömək ala bilərlər kimi sualların cavabı mövcuddur. Kitabı oxuduqdan sonra insanlar zaman itirmədən öz layihələrini necə həyata keçirə biləcəklərini anlayırlar. Bu kitab oxuculara bir növ yol göstərir. Kitabın 4 müəllifi var.

Sara Rəcəbli, Coşqun Kərimov, Kamran Cəbrayılov və Toğrul Vəliyev. Sara Rəcəblinin öz sosial biznesi var və bu fəaliyyətinə görə prezident tərəfindən mükafatlandırılıb. Coşqun Kərimov yazıçıdır eyni zamanda öz “Start-up” layihələri var. Kamran Cəbrayılov isə Amerikada Project Menecment  Universitetini bitirib. Bu haqqda kitabda ətraflı məlumatlar var. Toğrul Vəliyev isə iqtisadçıdır.

Biz kitabın üz qabığında “Oxu” sözünü fərqli rəngdə qeyd etmişik. İnsanlara çatdırmaq istəyirik ki, məktəbə başlayanda biz oxu kitabından əlifbanı rahatlıqla öyrəndik. Bu kitabı oxuyaraq öz sosial biznesinizi necə inkişaf etdirə bilərsiniz sualına cavab tapacaqsınız”.

 

 

 

 

 

 

 

 

 

NƏRMİNƏ AYDINQIZI

MİNVAL.İNFO