18.09.2026 - 21:55
Sosial 18 baxış

Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb

Cəlilabad rayonunda fermerlər suvarma problemi ilə üzləşiblər. Maldarlıqla məşğul olan təsərrüfat sahibləri bildirirlər ki, Muğan-Salyan kollektorundan təsərrüfatlara suyun verilməsi dayandırılıb. Bu vəziyyət nəticəsində 700-dən çox mal-qara susuz qalıb, yonca sahələri isə məhv olmaq təhlükəsi ilə üz-üzədir.

Minval.info xəbər verir ki, sakinlər yaranan problemlə bağlı narahatlıqlarını ifadə ediblər. Fermerlərdən biri, əvvəllər suyun fasiləsiz verildiyini və bu suyun həm mal-qara, həm də əkin sahələri üçün istifadə edildiyini qeyd edib. O, “Gözümü açandan bu kanaldan həmişə su axıb. İndi suyumuzu kəsiblər. Pensiyaçı adamam, maşınla su almağa pulum yoxdur” deyə bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: