15.10.2018 - 22:55
Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapıldı
Kriminal 41 baxış

Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapıldı

Bərdədə 24 yaşlı gəncin meyiti su arxından tapıldı

Bərdə rayonunda su arxından meyit tapılıb.

Minval.İnfo-nun “Report”a istinadən məlumatına görə, bu barədə yerli sakinlər hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Meyitin Bərdə rayon sakini, 1994-cü təvəllüdlü Elvin Mehman oğlu İmanlıya məxsus olduğu müəyyənləşib. Üzərində zorakılıq əlamətləri müşahidə edilməyən meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: