Azərbaycanlı gənc boksçular Avropa çempionatında zərbələri ilə parlayırlar!
Serbiyanın Loznitsa şəhərində keçirilən boks üzrə U-19 Avropa çempionatı Azərbaycan üçün uğurlu başlayıb. Yarışın ikinci günündə Azərbaycanın üç boksçusu qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər.
Minval.info xəbər verir ki, Nihat Qasımov (55 kq) 1/16 finalda Albaniyalı Aldit Delyu ilə qarşılaşıb və rəqibini 5:0 hesabı ilə məğlub edib. O, 1/8 finalda Çexiyalı Doryan Kropoqla üz-üzə gələcək.
Şahin Aslanov (65 kq) isə Şotlandiyalı Oskar Stilini 3:0 hesabı ilə məğlub edərək çempionata qələbə ilə başlayıb. Aslanov növbəti mərhələdə Rusiyalı Muhammad Ali Seferbekovla qarşılaşacaq.
Adil Zalova (75 kq) isə Yunanıstanlı Axillas Kaloqeridisi cəmi 2 dəqiqə 11 saniyədə məğlub edərək mərhələ adlayıb. O, 1/8 finalda Belaruslu Andrey Noviklə döyüşəcək.
Hər üç boksçunun qarşılaşmaları avqustun 16-da baş tutacaq. Qeyd edək ki, çempionatın ilk günündə də Azərbaycan millisi üç qələbə qazanmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda sabah yağış yağacağı ehtimalı var
Qubanın dağlıq ərazilərinə ilki qar yağdı
Şahdağda qar yağışı qeydə alınıb
Rayonlarda şimşək və yağışlı hava şəraiti müşahidə olunur
Binəqədi şosesində zolaqlar artırıldı: hərəkət daha rahat olacaq
Bakının bəzi ərazilərində elektrik enerjisi kəsintiləri olacaq
Xırdalan və Masazıra gedən taksilərin fəaliyyəti bərpa edildi