Azərbaycanın 2 rayonunda ferma yandı
İsmayıllı və Kürdəmir rayonlarında fermalarda yanğın olub.
Minval.info-nun FHN-ə istinadən verdiyi məlumata əsasən, İsmayıllı rayonunun Qubaxəlilli kəndində ümumi sahəsi 1100 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 300 m² sahədə və çardağına yığılmış 10 ton ot bağlamasının 5 tonu yanıb.
Fermanın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Həmçinin, Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində fermanın ərazisində 30 ton ot bağlamasının 25 tonu və ümumi sahəsi 440 m² olan fermanın dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Ot bağlamasının və fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO