Azərbaycanda vəzifəli şəxs həbs edildi
Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboy rayonunda rüşvət almaqda təqsirləndirilən Elyar Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Minval.info Pravda.az-a istinadən xəbər verir ki, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, E.Cəfərov Goranboy rayonunun Düzqışlaq bələdiyyəsinin sədri vəzifəsində çalışarkən 2020-ci ilin iyununda 33 ha torpaq sahəsinin icarəyə verilməsi üçün vətəndaşdan yeddi min manat rüşvət alıb, lakin verdiyi vədə əməl etməyib. Daha sonra vətəndaş Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib və E.Cəfərov həbs olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu gündən problemli kreditlərlə bağlı ödənişlərin verilməsinə başlanılır
Erməni tərəfi Şuşanın azad edildiyini etiraf etdi!
TƏCİLİ! Putinin növbəti həmləsi bəlli oldu - ŞOK XƏBƏRDARLIQ
Bakıda dəhşətli "Galenwagen" qəzası: Qəza kamerlara düşdü - VİDEO
Sevincin Dubayda çəkilən bikinili - Fotoları