Azərbaycanda transmilli cinayətkar dəstənin üzvü tutuldu- VİDEO
Külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirərək Rusiyaya göndərməyə çalışan transmilli cinayətkar dəstənin üzvü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Ximdətindən Musavat.com-a verilən məlumata görə, bununla bağlı xüsusi əməliyyat keçirilib. Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında keçirlmiş əməliyyat zamanı Fərhad Əliyev tutulub. Onun üzərindən 28 kiloqrama yaxın həşiş və bank kartı aşkar olunub.
İlkin sorğu zamanı Fərhad Əliyev narkotiki sosial şəbəkələrin birində tanış olduğu “Məhəmməd” adlı İran vətəndaşından Salyan rayonunda əldə etdiyini bildirib. Onun əsas niyyəti isə külli miqdarda həşişi satmaq məqsədi ilə Rusiyaya göndərmək olub. Araşdırmalar nəticəsində Fərhad Əliyevin ölkə ərazisindən istifadə etməklə xarici ölkələrə qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən əsas tədarükçülərindən biri olduğu sübuta yetirilib.
Faktla bağlı cinayət işi başlanılıb, Fərhad Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxsin daxil olduğu transmilli narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şabranda 3 uşaq anası intihar edib
Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq - AFİŞA
Qadını döyərək maşınına oturub getdi
Zəngilanda avtomobil körpüdən aşdı: Ölən var
Bakıda "Sobsan" fabrikində yanğın söndürülüb FOTO, VİDEO
Azərbaycanlı biznesmen oğlu Rusiyada dəhşət saçdı: 2 ölü, 3 yaralı – Video